İran hökuməti ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqladı

İran hökuməti ABŞ ilə danışıqlara başlamaq üçün şərtləri açıqladı
DÜNYA
02:09 05.03.2025
180
İran xalqı Kiyev və Vaşinqton arasında aparılan danışıqlarda Ukrayna xalqının şahid olduğu həqarəti görməyə hazır deyil.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fatimə Mohacerani həftəlik mətbuat konfransı zamanı deyib.

"Danışıqlar xoş niyyət aktıdır, onları zorla qəbul etdirmək olmaz. ABŞ artıq İrana "maksimum təzyiq"i sınaqdan keçirib. Bu təzyiq bizə problemlər yaratsa da, biz Ukrayna xalqının öz prezidentinə münasibətdə şahidi olduğu rüsvayçılığı görməyə hazır deyilik. Bizim yanaşmamız ondan ibarətdir ki, danışıqlar hörmət daxilində aparılmalıdır”, - o bildirib.
OXŞAR XƏBƏRLƏR