İran hökuməti yeni ilə beş nəfəri edam etməklə başladı

İran hökuməti yeni ilə beş nəfəri edam etməklə başladı
SOSİAL
18:21 01.01.2024
176

Əlborz əyalətinin məhkəməsinin hakimi Hüseyn Fazeli  bu gün Kərəcin mərkəzi zindanında beş məhbusun dar ağacından asıldığını bildirib.

"Azad İran” "Telegram” kanalı məlumat verir ki, edam edilən məhbuslar "silahlı soyğunçuluq”da ittiham ediliblər.

İranda İnsan Haqları Təşkilatı  ötən ilin son statistikasına əsasən qeyd edib ki, 2023-cü ildə İran həbsxanalarında 823 nəfər edam edilib. 

OXŞAR XƏBƏRLƏR