İran Hörmüz boğazı ilə bağlı bəyanat yaydı: "Təhlükəsizlik mümkün deyil"

İran Hörmüz boğazı ilə bağlı bəyanat yaydı: "Təhlükəsizlik mümkün deyil"
DÜNYA
11:03 10.03.2026
166
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Hörmüz boğazı ilə bağlı diqqətçəkən açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o bölgədə yaranmış gərginlik və gəmiçilik hərəkətinin pozulması ABŞ və İsrailin fəaliyyəti nəticəsində baş verdiyini bildirib.

Laricani qeyd edib ki, ABŞ və İsrailin bölgədə alovlandırdığı müharibə şəraiti səbəbindən Hörmüz boğazında təhlükəsizliyi təmin etmək mümkün deyil. Onun sözlərinə görə, hazırkı vəziyyət regionda sabitliyə ciddi təhdid yaradır.

"ABŞ və İsrailin bölgədə alovlandırdığı müharibə alovuna görə Hörmüz boğazında təhlükəsizliyi təmin etmək mümkün deyil”, – deyə Laricani bildirib.

O əlavə edib ki, yaranmış gərginlik bu müharibəni birbaşa dəstəkləyən qüvvələrin planının bir hissəsidir.

Qeyd edək ki, Hörmüz boğazı dünya enerji ticarətində mühüm strateji marşrutlardan biri hesab olunur və burada baş verən hər hansı gərginlik beynəlxalq bazarlara ciddi təsir göstərə bilər.
 
Gülay
OXŞAR XƏBƏRLƏR