"İran Hörmüzdən keçmək istəyən tankerləri vuracaq" - SEPAH generalı

"İran Hörmüzdən keçmək istəyən tankerləri vuracaq" - SEPAH generalı
DÜNYA
09:29 03.03.2026
433
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazından keçməyə çalışan hər hansı bir tankeri vuracaq.

Bu açıqlamanı SEPAH komandanının müşaviri general-mayor İbrahim Cabari verib.

"Hörmüz boğazından keçməyə çalışan hər bir gəmini yandıracağıq. Bir damla neftin belə bölgədən çıxmasına icazə verməyəcəyik", - o deyib.

Qeyd edək ki, İran müharibə başlayandan bəri Hörmüz boğazı və Oman sahillərində üç tankeri vurub.
OXŞAR XƏBƏRLƏR