İran iki Azərbaycan vətəndaşının saxlandığını təsdiqlədi

SİYASƏT
13:28 02.05.2013
2313

Azərbaycan vətəndaşlarının saxlanılma səbəbləri və onların harada saxlanılması barədə məlumat yoxdur.

İranın müvafiq orqanları iki Azərbaycan vətəndaşının saxlanılması xəbərini təsdiqləyib. Azərbaycanın Təbrizdəki konsulluğundan APA-ya verilən məlumata görə, göndərilən yazılı sorğuya cavab olaraq İranın müvafiq orqanları iki nəfərin saxlanılması faktını şifahi şəkildə təsdiqləyiblər. Konsulluqda qeyd ediblər ki, Azərbaycan vətəndaşlarının saxlanılma səbəbləri və onların harada saxlanılması barədə məlumat yoxdur və bu məsələ araşdırılır. Xatırladaq ki, APA-nın “Oyannews”a istinadən məlumatına görə, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazarXalidə Xalidaprelin 30-da gecə saatlarında azərbaycanlı fəalMəhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub. Bundan başqa, daha bir Azərbaycan Respublikası vətəndaşının və 4 azərbaycanlı fəalın həbsə alındığı bildirilir. Azərbaycan Respublikası vətəndaşının X. Xalidin yardımçısı, adının isəŞamaxolduğu qeyd olunur. Onlar Oxtay Rəşidinin anasının doğum günü və İranda Analar Günü münasibətilə onun ata evinə toplaşıblar. Ancaq ETTELAAT əməkdaşları evə basqın edib, azərbaycanlı fəala məxsus kitabları, kompüteri və bir sıra şəxsi əşyaları müsadirə ediblər, onların özlərini isə tutaraq naməlum istiqamətə aparıblar. Hazırda onların harada saxlanıldıqları məlum deyil. Digər həbs edilənlər azərbaycanlı mədəni fəallar -Aşıq İsaq Qaraxanlı(yazıçı),Əmir Hadiyan(Təbriz Azad Universitetinin tələbəsi) vəFərhadisoyadlı yazıçıdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb