Qəzzaya hücumlarını davam etdirən İsrailə İrandan növbəti xəbərdarlıq gəlib.
AZXEBER.COM xarici mətuata istinadən bildirir ki, İran İnqilab Keşikçiləri Ordusunun rəis müavini Əli Fədəvi bölgədəki münaqişələrə münasibət bildirib. O, çıxışında əgər əmr verilərsə, İsrailin Hayfa şəhərini tərəddüd etmədən raketlərlə vuracaqlarını deyib.
Fədavi həmçinin İran və İsrail arasında birbaşa olaraq ciddi münaqişənin yaranacağını deyib.
Aysel