İran İnqilab Keşikçiləri İsraili təhdid etdi: Dünya xəritəsindən silinənə qədər...

İran İnqilab Keşikçiləri İsraili təhdid etdi: Dünya xəritəsindən silinənə qədər...
DÜNYA
15:11 17.10.2023
232
Fələstin-İsrail müharibəsini başladan HƏMAS-ın qanlı müharibəsini dəstəkləyən İran İnqilab Keşikçiləri İsrailə qarşı təhdidlərini getdikcə daha da sərtləşdirir.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran İnqilab Keşikçiləri HƏMAS-ın oktyabrın 7-də yüzlərlə israillinin öldüyü qanlı basqından sonra İsraili yeni hücumlarla təhdid edib.

İnqilab Keşikçiləri Komandirinin müavini Əli Fədavi deyib:

"İsrail Qəzzada törətdiyi cinayətlərə son qoymasa, yeni bir şok dalğası yaşayacaq. Müqavimət cəbhəsinin zərbələri onlar dünya xəritəsindən silinənə qədər davam edəcək”.

Qeyd edək ki, Fələstin-İsrail müharibəsinin bölgəyə yayılması ilə bağlı narahatlıqların artdığı bir vaxtda İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian deyib ki, İsrail və Fələstin qrupları arasında münaqişələrin siyasi həlli üçün vaxt daralır və müharibə yayılma mərhələsinə yaxınlaşır.

Ayşən
 

OXŞAR XƏBƏRLƏR