İran "İnstagram"a rüşvət təklif edib? - "İnstagram" bağlana bilər

İran "İnstagram"a rüşvət təklif edib? - "İnstagram" bağlana bilər
DÜNYA
23:39 02.06.2022
558
İranın "İnstagram”a rüşvət verdiyi iddia edilib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranla "İnstagram” arasında rüşvət iddiası gündəm olub. 

"İnstagram”ın fars versiyasında məzmun moderatoru işləyən şəxs İran kəşfiyyatının ona rüşvət təklif etdiyini iddia edib.
 
Onun sözlərinə görə, kəşfiyyat rəsmiləri İran hökumətini tənqid edən jurnalistlərin hesablarının silinməsini tələb ediblər.

"BBC Farsca”ya danışan keçmiş "İnstagram” əməkdaşı kəşfiyyat rəsmilərinin ona bu işi görəcəkləri təqdirdə 5-10 min avro arasında pul verəcəklərini bildirib:

"Hesab silmək üçün mənə 5-10 min avro təklif etdilər. Bu, xüsusilə Məsih Əlinejadı sildikdən sonra baş verəcəkdi”.

Məsələ ilə bağlı həm İrandan, həm də "İnstagram”ın sahibi Metadan təkzib gəlib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR