İranın xarici işlər naziri Abbas Araqçı İsrailin paytaxt Tehranda yanacaq anbarlarını bombaladığını və bunun beynəlxalq hüququn pozulması olduğunu bildirib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, o qeyd edib ki, bu addım müharibə cinayəti kimi qiymətləndirilməli və İsrail məhkəmə qarşısına çıxarılmalıdır.
Araqçı sosial media hesabında paylaşım edərək bildirib ki, Tehrandakı yanacaq anbarlarının bombalanması həm beynəlxalq hüququn pozulması, həm də ciddi ekoloji fəsadlar yaradan hadisədir.
Nazirin sözlərinə görə, bu cür hücumlar region sakinlərinin sağlamlığına və həyat keyfiyyətinə uzunmüddətli zərər vura bilər. O həmçinin torpağın və yeraltı suların çirklənməsinin nəsillər boyu davam edən nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
Abbas Araqçı bildirib ki, baş verən hadisə beynəlxalq hüquqa ziddir və buna görə İsrail müharibə cinayətlərinə görə cəzalandırılmalıdır.










































