İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq

İran: İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən qurulacaq
DÜNYA
15:26 24.09.2025
210
İranın Atom Enerjisi Təşkilatının rəhbəri Məhəmməd İslami İsrail və ABŞ-nin hücumları nəticəsində zədələnmiş nüvə obyektləri yenidən tikiləcəyini bildirib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən "Sky News Arabia" telekanalına danışan İslami iyun ayında İsraillə 12 günlük müharibə zamanı İranda zədələnmiş nüvə obyektlərinin gələcəyi ilə bağlı məlumat verib.

İslami deyib: "Hədəfdə olan obyektlər beynəlxalq təzyiqlərə və İsrailin potensial hücum təhlükəsinə baxmayaraq yenidən tikiləcək".

Ölkəsinin uranın zənginləşdirmə sürətinin şişirdildiyini müdafiə edən İslami, "Yüksək zənginləşdirmə dərəcəsi mütləq silah məqsədləri üçün deyil. Həssas ölçmə alətlərimiz üçün daha yüksək zənginləşdirməyə ehtiyacımız var. İllərdir embarqo altındayıq. Bu məhsulları bizə heç kim satmır" deyə bildirib.

İran rəsmisi ABŞ ilə danışıqlara getməyəcəklərini də vurğulayaraq, "Onlarla danışmağa ehtiyac yoxdur” deyib.

Gülay
OXŞAR XƏBƏRLƏR