İran İsrailin Ben-Qurion hava limanındakı yanacaq çənlərinə və hərbi infrastruktura dron hücumları həyata keçirib.
AZXEBER.COM modern.az-a istinadən xəbər verir ki, bu barədə İran ordusunun mətbuat xidməti məlumat yayıb.
"Bu səhər İran İslam Respublikasından olan dronlar Ben-Qurion hava limanındakı hərbi infrastrukturu, yanacaq çənlərini və düşmən qırıcı təyyarələrinin yanacaqdoldurma məntəqələrini vurub",-bəyanatda deyilir.










































