İran dini lideri Əli Xameneinin hərbi müşaviri Yəhya Rəhim Səfəvi maraqlı açıqlama verib.
AZXEBER.COM İran telegram kanallarına istinadən xəbər verir ki, o, həm ABŞ, həm də İsraili qorxutduqlarını deyib.
Səfəvi daha sonra əlavə edib: "Bu psixoloji, siyasi və media müharibəsi İsrail üçün döyüşlərdən daha dəhşətli olub, çünki o, bəzi İsrail qüvvələrini hücum qorxusundan gecələr qaçmağa və ya gizlənməyə məcbur edib”.
İranlı general qeyd edib ki, İsrail məhz onların "psixoloji əməliyyatı” sayəsində Rəfaha hərbi hücumu dayandırıb.
Qeyd edək ki, dünya mediası İranın bu gecə İsrailə hücum edəcəyi ilə bağlı proqnoz vermişdi.