İran İsrailə qarşı yeni tip döyüş başlıqlarından istifadə etməyə başlayıb

İran İsrailə qarşı yeni tip döyüş başlıqlarından istifadə etməyə başlayıb
DÜNYA
23:49 24.03.2026
161
İran İsrail ərazisinə hücumlar zamanı yeni tip döyüş başlıqlarından istifadə etməyə başlayıb.

AZXEBER.COM bu barədə İsrailin "12-ci kanal"ına istinadən xəbər verir.

Bildirilir ki, əvvəllər istifadə olunan, onlarla kiçik subdöyüş sursatına parçalanan kaset tipli mərmilərdən fərqli olaraq, yeni raketlərin hər biri təxminən 100 kq çəkidə ayrılan hissələrlə təchiz olunub. Bu konfiqurasiyada döyüş başlığı üç iri fraqmentə bölünür ki, bu da zərbə təsirinin xarakterini dəyişir.

Təhlükəsizlik qüvvələri yeni silahın xüsusiyyətlərini araşdırmaqda davam edir və hava hücumundan müdafiə sistemlərinin uyğunlaşdırılması istiqamətində iş aparır.
OXŞAR XƏBƏRLƏR