İran ordusunun komandirlərindən Siyaveş Mihendust İsfahanda hava hücumundan müdafiə sisteminin naməlum şübhəli obyektə atəş açdığını və hücumun heç bir ziyana səbəb olmadığını bildirib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla saat 04:00-da İsfahan vilayətinin şimal-şərqində partlayış səsi eşidilib.
Bir sıra pilotsuz uçuş aparatları İsfahan hava limanına və İran ordusunun Şikari 8-ci Baş Reaktiv Hava Bazasına hücum edib.
İran dövlət televiziyası hava hücumundan müdafiə sistemlərinin işə salındığını və hücumun qarşısının alındığını açıqlayıb.
İran ordusunun komandirlərindən olan Siyaveş Mihendust hücumla bağlı açıqlamasında deyib:
"Sözügedən partlayış İsfahanda hava hücumundan müdafiə sisteminin naməlum şübhəli obyektə qarşı açdığı atəş nəticəsində baş verib və hücumda heç bir ziyan dəyməyib”.
Ayşən