İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb

İran İsraillə müharibə zamanı 23 məmura qarşı sui-qəsdin qarşısını alıb
DÜNYA
19:23 28.07.2025
160
İranın xüsusi xidmət orqanları bu ilin iyun ayında İsraillə 12 günlük müharibə zamanı 23 yüksək vəzifəli məmura qarşı sui-qəsdin qarşısını alıb.

Bu barədə "Tasnim” İslam Respublikasının Kəşfiyyat Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

"İsrailin 12 günlük müharibə zamanı ölkənin 23 yüksək vəzifəli məmurunun öldürülməsinə yönəlmiş planlarını, həmçinin müharibədən əvvəlki aylarda 13 oxşar sui-qəsdi aşkar etmək və neytrallaşdırmaq mümkün olub. Bu da 35 yüksək vəzifəli mülki və hərbi məmurun öldürülməsinin qarşısını alıb", - nazirliyin hesabatında qeyd olunur.
 
///apa
OXŞAR XƏBƏRLƏR