AZXEBER.COM AFP-yə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsi məlumat yayıb.
Hücum nəticəsində hava limanı cüzi zərər görüb, bir neçə əməkdaş xəsarət alıb. T1 terminalı zədələnib. Hadisə yerində fövqəladə xidmətlər işləyir.
Xatırladaq ki, daha əvvəl İsrailin müdafiə naziri İsrael Kats ölkə ordusunun İrana qarşı "Şir nəriltisi" adlı preventiv əməliyyata başladığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp da Vaşinqtonun İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bəyan edib.Pentaqon əməliyyatın "Epik qəzəb" adlandırıldığını bildirib.










































