İranın dini lideri Ayətullah Əli Xamneyi müsəlman ölkələrini İsraili boykot etməyə çağırıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İranın dini lideri Ayətullah Əli Xamenei Qəzza zolağına hücumların dayandırılmasını tələb edib və müsəlman ölkələrini İsrailə neft və ərzaq ixracatını dayandırmağa çağırıb.
İran daha əvvəl xəbərdarlıq etmişdi ki, əgər İsrail fələstinlilərə qarşı hücumları dayandırmasa, münaqişələr daha da böyüyəcək. Rəsmilər Yaxın Şərqdə İranın dəstəklədiyi qrupların hərəkətə keçməyə hazır olduqlarına diqqət çəkmişdilər.
Ayşən