İran mediası Kəlbəcərin işğalından yazdı

İran mediası Kəlbəcərin işğalından yazdı
11:11 06.04.2013
1409

İranın “Fars” agentliyində təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın Kəlbəcər rayonunun işğalının növbəti ildönümü ilə bağlı məqalə dərc edilib.

AZXEBER.COM-un məlumatına görə, məqalədə BMT Təhlükəsizlik Şurasının 1993-cü il aprelin 30-da qəbul etdiyi 822 saylı qərarına baxmayaraq, Kəlbəcərin hələ də işğal altında olduğu vurğulanıb.Məqalədə, həmçinin qeyd edilir ki, ermənilərin hücumları nəticəsində Dağlıq Qarabağ və ətraf rayonlar, Xankəndi, Xocalı, Şuşa, Laçın, Xocavənd, Ağdarə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan illərdir ki, işğal altındadır. Kəlbəcərin işğalı zamanı 511 nəfərdən artıq azərbaycanlı həlak olub, 321 nəfər əsir götürülüb.İşğal Azərbaycan iqtisadiyyatına milyardlarla ziyan vurub, minlərcə insan öz torpaqlarını tərk etmək məcburiyyətində qalıb, çoxsaylı tarixi abidə məhv edilib. Kəlbəcərə erməni ailələr yerləşdirilib.O da vurğulanıb ki, bir çox təbii mineral mənbələrə sahib Kəlbəcərdəki qızıl və civə mədənləri indi ermənilər tərəfindən işlədilir.

OXŞAR XƏBƏRLƏR