İran mediası öldüyü deyilən Əli Laricaninin mesajını yayımladı

İran mediası öldüyü deyilən Əli Laricaninin mesajını yayımladı
DÜNYA
13:51 17.03.2026
177
İran dövlət mediası İsrailin öldüyünü iddia etdiyi İran siyasətçisi Ali Larijaninin əlyazma mesajını yayımlayıb.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, mesajın Laricani tərəfindən dəniz döyüşçülərinin dəfn mərasimi ərəfəsində yazıldığı bildirilir.

Mesajda deyilir:

"Allahın adı ilə,

İran İslam Respublikasının dəniz döyüşçülərinin Dana şəhərində şəhid olması beynəlxalq zülmkarlara qarşı mübarizənin bu dövründə ortaya çıxan cəsur millətin fədakarlığının bir hissəsidir. Onların xatirəsi həmişə İran millətinin qəlbində yaşayacaq və bu şəhidliklər uzun illər İran İslam Respublikasının silahlı qüvvələri strukturunun təməlini təşkil edəcək.

Uca Allahdan bu dəyərli şəhidlərə ən yüksək rütbələr verməsini diləyirəm.”

Mesajın sonunda Ali Larijaninin imzasının olduğu qeyd olunub.

Qeyd edək ki, bundan əvvəl İsrail tərəfi Laricaninin öldürüldüyünü iddia etmişdi. İran mediasının yaydığı bu mesaj isə həmin iddialarla bağlı müzakirələri yenidən gündəmə gətirib.
 
Gülay
 

 


OXŞAR XƏBƏRLƏR