"İran məscidlərdə donuz saxlayan Ermənistana qardaş deyir"

"İran məscidlərdə donuz saxlayan Ermənistana qardaş deyir"
SİYASƏT
13:31 06.10.2021
1164
"Azərbaycanla İran arasında münasibətlərin kökünə baxsaq, görərik ki, hələ Birinci Qarabağ müharibəsi zamanı da İran Ermənistanın yanında dayanmışdı”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev deyib. O, bildirib ki, uzun illər birgə tariximiz olan İran Azərbaycanın mövqeyini müdafiə etmədi:

"Azərbaycan İranla münasibətlərin gərginləşməsində heç zaman maraqlı olmayıb, bu gün də maraqlı deyil. İranın Azərbaycana qarşı irəli sürdüyü ittihamların da heç bir əsası olmadığına görə onlar Azərbaycan cəmiyyəti və höküməti tərəfindən təpki ilə üzləşdi. Bu gün İran Azərbaycanı belə ittiham edir ki, guya biz bəzi məsələrdə İsraildən istifadə edirik, guya İsrail qoşunları Azərbaycandadır və s. Amma heç bir fakt, sübut ortaya qoya bilmirlər. Əgər İran bu gün bu ittihamlarla çıxış edirsə, müəyyən mənada bunu əsaslandırmaq da istəyir, amma Azərbaycanla İran arasında münasibətlərin kökünə baxsaq, görərik ki, hələ Birinci Qarabağ müharibəsi zamanı da İran Ermənistanın yanında dayanmışdı. Din, əqidə qardaşımız adlandırılan, qonşumuz olan, uzun illər birgə tariximiz olan İran İslam Respublikası Azərbaycanın birmənalı müdafiəsinə getmədi.
 

 
Deputat deyib ki, İran məscidlərdə donuz saxlayan Ermənistanı müdafiə edir: 
 
"Bütün bunlara rəğmən dini məscidlərdə donuz saxlayan, dini inancları təhqir edən bir dövlətə qardaş deyə müraciət etdi və bu gün də bu cür müraciət edir. Bu, təbii ki, Azərbaycan cəmiyyətini narahat edir. Bu gün bizə İsrail adı ilə ittiham irəli sürürsə, Birinci Qarabağ müharibəsi zamanı heç İsrail adı hallanmırdı, o zaman İran hansı ittihmla Azərbaycanı müdafiə etmədi. Nəyə görə Ermənistanın yanında dayandı, niyə Azərbaycana qarşı ikili standart ortaya qoydu? İran bu suallara cavab versə, bugünkü məsələlərin bir çoxuna aydınlıq gələr”.

Deputatın sözlərinə görə, hazırki məsələlərdə qazanan tərəf Azərbaycandır:

"Burada iki incə məqam da var, birincisi ondan ibarətdir ki, İran Azərbaycana qarşı bu cür iddialar irəli sürməklə Azərbaycanı zəiflədə, təkləyə bilməz. Çünki bütün dünya bu məsələdə Azərbaycanı müdafiə edir. İran Ermənistandan başqa bir dövlət tapa bilməz ki, onu Azərbaycana qarşı istifadə edə bilsin. İkinci incə məqam ondan ibarətdir ki, Ermənistan hazırda bu iddialarda birmənalı olaraq, açıq sözlə İran tərəfini müdafiə edir. Bu isə Ermənistanı dünya dövlətlərinin, Avropa dövlətlərinin, İsrailin, ABŞ-ın gözündən salır. Bu cəhətdən də Azərbaycan üstünlük dərəcəsinə malik olmuş olur. Yəni Ermənistan çox iyrənc bir oyunun içərisindədir. Bu oyun da Ermənistanı gözdən salmağa xidmət edir. Biz İranla gərginliyin olmasını istəməsək də, hazırki məsələlərdə qazanan tərəf Azərbaycan, uduzsan isə digər tərəflərdir”.
 
Aydın Nuri
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
02:27 26.05.2025
Almaniyanın Baş Qərargah rəisi ordunu tam silahlandırmağı əmr edib
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
01:22 26.05.2025
Ursula fon der Lyayen Trampla gömrük rüsumlarını müzakirə edib
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
23:51 25.05.2025
Trampın xüsusi nümayəndəsi Rusiyanın Ukraynaya endirdiyi raket zərbələrinə münasibət bildirib
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
23:33 25.05.2025
Yalçın Rəfiyev: Azərbaycan Afrika ölkələri ilə tərəfdaşlığını yüksək qiymətləndirir
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
23:29 25.05.2025
Kilian Mbappe “Qızıl buts” mükafatını qazandı
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
23:16 25.05.2025
Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ - Hadisənin TƏFƏRRÜATI
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
23:10 25.05.2025
KİV: Fransa iyunda Fələstini dövlət olaraq tanımağı planlaşdırır
20 yaşlı qız dəm qazından zəhərləndi
22:50 25.05.2025
20 yaşlı qız dəm qazından zəhərləndi
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
22:44 25.05.2025
Ağstafada kafedə bıçaqlanan 34 yaşlı kişinin vəziyyəti açıqlandı
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
22:35 25.05.2025
Rusiya MN: Ölkə ərazisində yeddi saat ərzində Ukraynaya məxsus 51 PUA vurulub
“Putinin helikopterini vurmağa cəhd ediblər”
22:31 25.05.2025
“Putinin helikopterini vurmağa cəhd ediblər”
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
22:13 25.05.2025
İsrail ordusu Qəzzada HƏMAS-ın dəniz komandosunun öldürüldüyünü bildirib
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
22:04 25.05.2025
Türkiyə Pakistanla enerji və müdafiə sahəsində əməkdaşlıq edəcək
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
21:58 25.05.2025
Dünya çempionatı: Bolqarıstan Slovakiyadan üstün oldu
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
21:44 25.05.2025
Naxçıvanda yol qəzası nəticəsində 5 nəfər xəsarət alıb
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib
21:35 25.05.2025
İspaniya İsrailə silah tədarükünə embarqonun tətbiqini dəstəkləyib