İran Milli Təhlükəsizlik Şurasının katibi Rusiyada səfərdədir

DÜNYA
19:56 10.09.2024
194
İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian Rusiyada səfərdədir.

Bu barədə məlumatı "ecoiran” yayıb.

Bildirilib ki, BRİCS-ə üzv ölkələrin təhlükəsizlik şuraları katiblərinin 10-12 sentyabrda keçiriləcək toplantısına qatılan Əli Əkbər Əhmədianın səfər çərçivəsində Rusiya rəsmiləri ilə görüşləri nəzərdə tutulub.

Bundan başqa, İran rəsmisi toplantının təşkil olunduğu Sankt-Peterburqda Azərbaycan, İndoneziya, Türkiyə, Qazaxıstan, Serbiya, Tayland, Belarus, Vyetnam, Benesuela, Özbəkistan, Nikaraqua, Kuba, Bəhreyn, Banqladeş, Şri-Lanka, Mavritaniya və Laosdan olan həmkarları ilə görüşəcək.
 
///report
OXŞAR XƏBƏRLƏR