İran millisinin hücumçusu "Lion"la müqavilə imzalayacaq

İran millisinin hücumçusu "Lion"la müqavilə imzalayacaq
İDMAN
19:31 19.11.2021
410
Rusiyanın "Zenit" klubunun futbolçusu Serdar Azmun karyerasını Fransada davam etdirəcək.

Jurnalist Nikola Skira tviterdə 26 yaşlı hücumçunun "Lion"la müqavilə imzalayacağını yazıb.

İranlı forvard Sankt-Peterburq təmsilçisi ilə 2022-ci il yayında başa çatacaq müqaviləsini yeniləməyəcək.

"Lion"un idman direktoru Juninyo Pernambukano Azmunun transferində maraqlıdır. Onun yeni klubunda sözləşməsi 4 illik olacaq.

Qeyd edək ki, Serdar Azmun 2019-cu ildən "Zenit"in formasını geyinir. İran millisinin üzvü komanda ilə birlikdə üç dəfə Rusiya Premyer Liqasının qalibi olub, ölkə kubokunu və 3 dəfə Superkuboku qazanıb. Hücumçu cari mövsüm meydana çıxdığı 17 qarşılaşmada 9 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
 
///Report
OXŞAR XƏBƏRLƏR