İran oktyabrın 13-də Misirdə keçiriləcək Yaxın Şərq Sülh Sammitində iştirakdan imtina edib.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, bu barədə "Tasnim” agentliyi məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp iranlı həmkarı Məsud Pezeşkiyana rəsmi dəvət göndərsə də, Tehran tədbirə nümayəndə göndərməmək qərarına gəlib.
Rəsmi dairələr sammitdə iştirakdan imtinanın səbəblərini açıqlamayıblar.