İran müharibənin nə vaxt bitəcəyinə qərar verəcək - Əraqçi

İran müharibənin nə vaxt bitəcəyinə qərar verəcək - Əraqçi
SİYASƏT
11:11 02.03.2026
213
ABŞ və İsrail ölkəyə qarşı son müharibəyə başlasa da, müharibənin necə və nə vaxt bitəcəyinə İran qərar verəcək.

Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.

Nazir X platformasında paylaşdığı açıqlamada qeyd edib ki, Tehran son 20 ildə ABŞ ordusunun regionun şərq və qərb istiqamətlərində yaşadığı uğursuzluqları diqqətlə araşdırıb və bu təcrübələrdən nəticə çıxarıb. O, bununla 2000-ci illərin əvvəllərində İraq və Əfqanıstana qarşı həyata keçirilmiş hərbi müdaxilələrə işarə edib.

Araqçi vurğulayıb ki, paytaxt Tehrana endirilən zərbələr ölkənin hərbi imkanlarını zəiflətmir.

Xatırladaq ki, şənbə günü - fevralın 28-i İsrail İrana raket zərbələri endirib. Daha sonra ABŞ hücumları İsraillə birgə həyata keçirdiyini bəyan edib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. Hücumlar nəticəsində İranın Ali Dini lideri Əli Xamaneyi və ölkənin bir sıra yüksək rütbəli şəxsləri öldürülüb.

OXŞAR XƏBƏRLƏR