AZXEBER.COM xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi peyk görüntülərinə istinadən məlumat yayıb.
Xüsusilə, İran tərəfi İsfahan şəhərində yerləşən ən böyük nüvə kompleksində yeraltı girişləri hermetikləşdirir. Müşahidəçilərin fikrincə, bu addım hava zərbələri nəticəsində çökmələrin qarşısını almaq və dərin nüfuz edən sursatlara qarşı zəif nöqtələri aradan qaldırmaq məqsədi daşıyır.
Bundan əlavə, İran Natanzdakı nüvə obyektlərinin yaxınlığında, Kolanq-Qaz-La dağı altında yerləşən yeraltı qurğuya aparan iki tunelin konstruksiyasını möhkəmləndirir.
Eyni zamanda, Pərçin hərbi kompleksinin ərazisində yeni struktur inşa olunub. İsrail həmin obyekti 2024-cü ilin payızında hədəfə almışdı.







































