İran ordusu Ben Qurion hava limanını hədəf aldığını açıqladı

İran ordusu Ben Qurion hava limanını hədəf aldığını açıqladı
DÜNYA
15:23 21.03.2026
251
İran ordusu səhər saatlarında pilotsuz uçuş aparatları ilə həyata keçirilən hücumlarda İsrailin Tel-Əviv şəhərində yerləşən Ben Qurion Hava Limanında hərbi infrastrukturu hədəf aldığını bəyan edib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ordunun İctimaiyyətlə Əlaqələr Bölməsinin yaydığı açıqlamada bildirilib ki, hücumlar zamanı yanacaq anbarları və döyüş təyyarələrinə xidmət göstərən tanker təyyarələrinin yerləşdiyi ərazilər vurulub.

Bəyanatda qeyd olunub ki, bu zərbələr hava limanında hərbi fəaliyyətlərə, o cümlədən təyyarələrin yanacaqla təminatına və uçuş əməliyyatlarına ciddi təsir göstərib. Həmçinin hərbi qüvvələrin daşınmasında da çətinliklər yarandığı iddia olunub.

İran tərəfi vurğulayıb ki, bu cür əməliyyatlar "təhlükə aradan qalxana qədər” davam etdiriləcək və uzaqmənzilli imkanlar sayəsində müxtəlif hədəflərə zərbələr endirmək potensialı qorunur.
 
Gülay
OXŞAR XƏBƏRLƏR