İran parlamenti sənayə nazirinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib

İran parlamenti sənayə nazirinin vəzifəsindən uzaqlaşdırılmasına səs verib
DÜNYA
18:33 30.04.2023
216
İranın sənaye, mədən və ticarət naziri Seyidrza Fatemi Amin vəzifəsindən uzaqlaşdırılıb.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, İran parlamenti nazirə impiçment elan edib.

Bildirilib ki, məclis üzvlərinin 162-si lehinə, 102-si əleyhinə səs verib, 2 nəfər çəkinib, 6 nəfərin səsi isə etibarsız hesab edilib.

Qeyd edək ki, daha sonra İran Prezidenti İbrahim Rəisi nazirin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı müvafiq sərəncam imzalamalıdır.
OXŞAR XƏBƏRLƏR