İran parlamenti Xarici İşlər Nazirliyinin iştirakı ilə fövqəladə iclas keçirəcək

İran parlamenti Xarici İşlər Nazirliyinin iştirakı ilə fövqəladə iclas keçirəcək
DÜNYA
12:05 13.09.2025
168
İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyası ölkənin Xarici İşlər Nazirliyinin iştirakı ilə fövqəladə iclas keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə İran parlamentinin sözçüsü Abbas Qudərzi məlumat verib. 

Onun sözlərinə görə, iclasda İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) arasında əldə olunan razılaşma müzakirə ediləcək.

Abbas Qudərzi vurğulayıb ki, məsələ, həmçinin Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi tərəfindən də izlənəcək.
 
///"Report"
OXŞAR XƏBƏRLƏR