İran parlamentində ABŞ bayrağı yandırıldı: "Amerikaya ölüm"

İran parlamentində ABŞ bayrağı yandırıldı: "Amerikaya ölüm"
DÜNYA
12:02 09.05.2018
3532
Donald Trampın İranın nüvə fəaliyyətini tənzimləyən beynəlxalq sazişlə bağlı qərarına İran parlamentində etiraz edilib.

AZXEBER.COM Milli.Az-a istinadla xəbər verir ki, deputatlar parlamentdə ABŞ bayrağını yandırıb, "Amerikaya ölüm" şüarları səsləndiriblər. Onlar, həmçinin sazişin kopyalanmış nüsxələrini də yandırıblar.

Millət vəkilləri Donald Tramp barədə təhqiredici ifadələr işlədib, onun ofisdə oturmağa layiq olmadığını söyləyiblər.

Qeyd edək ki, İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və "altılıq ölkələri" - Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir.
OXŞAR XƏBƏRLƏR