İran parlamentinin sədri ABŞ-yə xəbərdarlıq edib

İran parlamentinin sədri ABŞ-yə xəbərdarlıq edib
DÜNYA
12:12 11.01.2026
492
İran eyni vaxtda 4 cəbhədə müharibə aparır.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmmədbaqer Qalibaf deyib.

Onun sözlərinə görə, savaşlardan biri İsrail və ABŞ ilə aparılır. "Həm də iqtisadi, koqnitiv-psixoloji və hərbi-terrorçu müharibələr gedir".

Spiker ABŞ-nin etirazlara müdaxiləsinə də toxunub. "Əgər ABŞ İrana hücum etsə, amerikalıların nəzarətə götürdüyü ərazilər və hərbçiləri bizim üçün qanuni hədəfə çevriləcək".


OXŞAR XƏBƏRLƏR