İranda polis qadını vəhşicəsinə döyüb.
Bu barədə "Azad İran” "Telegram” kanalı məlumat yayıb.
Bildirilib ki, İranın təhlükəsizlik qüvvələri mayın 28-i, axşam saatlarında çökən Metropol binasının yanında və xüsusi polis qüvvələrinin önündə İranın dini rəhbərinə qarşı "Xameneiyə ölüm” şüarı səsləndirən narazı qadına hücum edib və ona qarşı zorakılıq edərək vəhşicəsinə döyüblər.