İran prezidenti ABŞ-la dialoqu istəsə də, Xamenei buna qarşı çıxıb

İran prezidenti ABŞ-la dialoqu istəsə də, Xamenei buna qarşı çıxıb
SİYASƏT
17:45 02.03.2025
434

İran prezidenti Məsud Pezeşkian Tehranın nüvə sazişi ilə bağlı ABŞ-la dialoqu bərpa etməyə hazır olduğunu bildirib, lakin ölkənin ali rəhbəri ayətullah Seyid Əli Xamenei buna qarşı çıxıb.

AZXEBER.COM  "Report"a istinadən xəbər verir ki, "Dialoqa getməyin daha yaxşı olacağını düşündüm, lakin ali rəhbər dedi ki, biz ABŞ-la danışıqlar aparmayacağıq”, - deyə Pezeşkian deyib.

İran prezidenti qeyd edib ki, ölkənin siyasəti ali rəhbərin mövqeyinə uyğun olmalıdır.

Fevralın 4-də ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton İrana təzyiqi artırmalıdır. O qeyd edib ki, bu, Tehranı son nəticədə öz nüvə silahını yaratmağa yönəlmiş hərəkətləri dayandırana qədər lazımdır.

OXŞAR XƏBƏRLƏR