Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda İran lideri İbrahim Rəisi İsrailin genişmiqyaslı hücuma keçəcəyi təqdirdə onu məhv edəcəyi ilə hədələyib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran Prezidenti İbrahim Rəisi bildirib ki, İsrail İran ərazisinə genişmiqyaslı hücuma keçərsə, iki ölkə arasında dinamika köklü şəkildə dəyişəcək.
İranın rəsmi İRNA xəbər agentliyində yer alan xəbərə görə, Rəisi dünən Lahorda etdiyi çıxışda deyib:
"İran İslam Respublikası Fələstin müqavimətini şərəflə dəstəkləməyə davam edəcək. İsrailin genişmiqyaslı hücumu həyata keçərsə, biz onları məhv edərik”.
Ayşən