İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq.
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bunu İran hökumətinin rəsmi nümayəndəsi Fateme Mohacerani bildirib.
"İran Prezidentinin Azərbaycana rəsmi səfəri regional və mehriban qonşuluq münasibətlərinin yeni arxitekturasının yaradılması istiqamətində atılan mühüm addımlardan biridir", - o qeyd edib.
Onun sözlərinə görə, İran həmişə qonşularla ümumi maraqlara əsaslanan münasibətləri inkişaf etdirmək prinsipinə əməl edib:
"Bu baxımdan, Cənubi Qafqazda gedən proseslərlə bağlı Tehran ölkələrin ərazi bütövlüyünə hörmət və regionda davamlı sülhün dəstəklənməsinə əsaslanan siyasət yürüdür”.
F. Mohacerani bildirib ki, səfər və qarşıdan gələn danışıqlar İran və Azərbaycan arasında böyük potensiala malik olan əlaqələrin genişləndirilməsi üçün yeni imkanlar açacaq:
"Ümumiyyətlə, Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri ikitərəfli münasibətlərin möhkəmləndirilməsi, regional sabitliyin bərqərar olması və iki ölkənin ümumi imkanlarından istifadə istiqamətində praktiki addım kimi qiymətləndirilməlidir. Bu, Cənubi Qafqazda sülhə, təhlükəsizliyə və dayanıqlı inkişafa xidmət edə biləcək potensialdır", -
Qeyd edək ki, daha əvvəl İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana rəsmi səfər edəcəyi bildirilmişdi.