İran Qarabağ münaqişəsinin həllində vasitəçiliyə hazırdır. AZXEBER.COM-un Trend agentliyinə istinadən verdiyi məlumata görə, belə bir bəyanatla bu ölkənin xarici işlər naziri Əli Əkbər Salehi çıxış edib. Ermənistan XİN başçısı Edvard Nalbandyanla birgə brifinq zamanı Salehi bəyan edib ki, Tehran Qarabağ münaqişəsinin sülh yolu ilə həllini arzulayır: “Cənubi Qafqaz regionunda öz maraqlarımız var. Bu üzdən də bölgədə sülhün bərqərar olmasını istəyirik".