"İran raketləri Ukrayna üçün böyük təhlükə yaradır"

"İran raketləri Ukrayna üçün böyük təhlükə yaradır"
DÜNYA
13:50 19.10.2022
174
"İranın Ukraynaya qarşı müharibə üçün Rusiyaya tədarük etməyə razılaşdığı "Fateh-110" və "Zülfüqar" kimi ballistik raketləri mövcud vasitələrlə vurmaq çətindir, bunun üçün Amerika Patriotu kimi raketdən müdafiə sistemlərinə ehtiyac var".
 
AZXEBER.COM Ukrayna mediasına istinadən xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Yuri Fedorov deyib.
 
"İranın FATAR VFP 1-10 və Zülfüqar raketləri 300 km və 700 km uçuş məsafəsinə malikdir. Bu kifayət qədər güclü silahdır. Bu silahlar Suriyada döyüşlərdə də istifadə edilib.
 
O vurğulayıb ki, 300 km mənzilli raketlər İrandan "Hizbullah”a, indi isə Rusiyaya çatdırılıb.
 

OXŞAR XƏBƏRLƏR