İran rəhbərlərinin çoxu öldürülüb, danışmağa adam qalmayıb

İran rəhbərlərinin çoxu öldürülüb, danışmağa adam qalmayıb
DÜNYA
12:10 21.08.2026
190
ABŞ Prezidenti Donald Tramp İranla razılaşmanın əldə olunmasını çətinləşdirən amillərdən birinin ölkə rəhbərliyinin böyük hissəsinin öldürülməsi olduğunu bildirib.

Tramp bunu WABC radiostansiyasına müsahibəsində deyib.

"Problemin bir hissəsi ondan ibarətdir ki, İranın bir çox lideri öldürülüb. Razılaşma əldə etmək asan deyil. Ölkəni kimin idarə etdiyi bilinmir”, - deyə ABŞ Prezidenti bildirib.

Tramp eyni zamanda ABŞ-nin İranla münaqişədə qarşıya qoyduğu məqsədlərə uğurla çatdığını, xüsusilə Tehranın nüvə silahına sahib olmasına imkan vermədiklərini vurğulayıb.
 
///Modern.az///
OXŞAR XƏBƏRLƏR