İranda əxlaq polisi tərəfindən saxlanılan Mahsa Eminin ölümü ilə başlayan nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların hicab qaydalarına əməl etməməsi rejim tərəfdarı olan mühafizəkarları narahat edirdi.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, təxminən 4 aya yaxın davam edən nümayişlərdən sonra bəzi şəhərlərdə qadınların məcburi hicab qaydalarına əməl etməməsi ilə bağlı tənqidlər səslənir.
Bu proseslərdən sonra alınan yeni qərara görə, universitet və orta məktəblərdə məcburi hicab qaydalarına əməl etməyən tələbələr təhsil ala bilməyəcək.
Sosial mediada ölkədə bəzi qadınların küçələrdə və iş yerlərində hicabsız gəzdiyi göründüyü üçün son zamanlar bu vəziyyətdən narahat olan rejim tərəfdarları mühafizəkarlar vəziyyətə münasibət bildirərək hakimiyyətə çağırışlar da edir.
Aydın