İran Rusiyadan döyüş təyyarələri və hücum helikopterləri alacağını açıqlayıb.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, İran Rusiyadan Su-35 döyüş təyyarələri, Yak-130 təlim təyyarələri və Mi-28 hücum helikopterlərinin alınmasının yekunlaşdığını açıqlayıb.
İranın "Təsnim” Xəbər Agentliyinə danışan müdafiə nazirinin müavini Mehdi Ferhi Rusiyadan alınacaq döyüş təyyarələri və helikopterlərin çatdırılması ilə bağlı müqavilənin bağlandığını açıqlayıb.
Xəbərdə alqı-satqı müqaviləsinin nə vaxt bağlandığı və Rusiyadan İrana nə qədər təyyarənin və nə vaxt gətiriləcəyi barədə məlumat verilməyib.
Ayşən