İran Rusiyadan qırıcı almağı planlaşdırır

İran Rusiyadan qırıcı almağı planlaşdırır
DÜNYA
20:38 05.09.2022
291
"İran Rusiyadan "Su-35” model qırıcıları almağı planlaşdırır".

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu İran Hərbi Hava Qüvvələrinin komandanı briqada generalı Həmid Vahidi bildirib.

"Rusiya istehsalı olan "Su-35” qırıcılarının alınması Hərbi Hava Qüvvələrinin gündəmindədir... və ümid edirik ki, gələcəkdə bu 4++ nəsil qırıcıları ala biləcəyik", - briqada generalı vurğulayıb.

O qeyd edib k, İran Hərbi Hava Qüvvələri Rusiyanın "Su-30” modelinin alınmasını planlaşdırmır.
OXŞAR XƏBƏRLƏR