İran: “Rusiyaya silahları Ukrayna müharibəsi zamanı yox, əvvəl satmışıq”

İran: “Rusiyaya silahları Ukrayna müharibəsi zamanı yox, əvvəl satmışıq”
DÜNYA
12:49 25.10.2022
275
İran Rusiyaya silahları müharibədən əvvəl satdığını bildirib.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, paytaxt Tehranda Asiya və Sakit Okean Ölkələri Xəbər Agentlikləri Assosiasiyasının (OANA) üzvləri ilə görüşən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan çıxışında ölkəsinin xarici siyasətini dəyərləndirib.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan açıqlamasında silahları Rusiyaya daha əvvəl satdıqlarını, lakin Ukrayna müharibəsi zamanı bu ölkəyə heç bir silah göndərmədiklərini bildirib:

"Ukraynadakı müharibəyə prinsipial baxımdan qarşıyıq. Biz Rusiyaya Ukrayna müharibəsində istifadə etmək üçün heç bir silah və ya pilotsuz təyyarə verməmişik və verməyəcəyik”. 

Ayşən
OXŞAR XƏBƏRLƏR