İran səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb

İran səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb
DÜNYA
19:46 25.02.2026
372
İran səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Niderland XİN-dən NOS telekanalına bildirilib.

Buna Niderland diplomatının Tehran hava limanında diplomatik baqajını təhvil verməyə məcbur edilməsi səbəb olub.

Niderland XİN 28 yanvarda baş verən hadisəni qəbuledilməz adlandırıb və İran səfirininin izahat üçün Nazirliyə çağırıldığını açıqlayıb: "İran tərəfi bu görüntüləri sızdırmaqla sükutu pozub. Biz bundan təəssüflənirik”.

Qeyd edək ki, niderlandlı diplomatın baqajı İmam Xomeyni hava limanında saxlanılıb. Yüksək rütbəli diplomat çamadanını rentgen aparatına yerləşdirməkdən imtina etdikdən sonra hava limanı baqajı müsadirə edib. Diplomat baqajı təhvil almadan bir neçə saat sonra İranı tərk edib. Baqajın yoxlanılması zamanı "Starlink” peyk cihazları, peyk telefonları və qabaqcıl simsiz rabitə cihazları da daxil olmaqla, müasir rabitə avadanlığının aşkarlandığı bildirilir.
OXŞAR XƏBƏRLƏR