İran səfiri Niderland XİN-ə çağırılıb

İran səfiri Niderland XİN-ə çağırılıb
DÜNYA
20:05 13.01.2026
184
İran səfiri Niderland Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Niderlandın xarici işlər naziri David van Weel bildirib.

Onun sözlərinə görə, Niderland XİN dinc etirazçılara qarşı zorakılığa etiraz etmək üçün İslam Respublikasının bu ölkədəki səfirini çağırıb.

"Mən İranda dinc aksiyaların qanlı şəkildə yatırılmasına görə şokdayam. Avropalı tərəfdaşlarımızla birgə dinc aksiyaçılara qarşı həddindən artıq zorakılıq göstərilməsinə, genişmiqyaslı həbslərə və internet kəsintisinə rəsmi olaraq etiraz etmək üçün İran səfirini çağırdım. İran fundamental haqlara riayət etməli və internetə çıxışı bərpa etməlidir. Zorakılıq törədənlər məsuliyyətə cəlb olunmalıdır. Niderland İranda insan haqları pozucularına qarşı Avropa sanksiyalarını dəstəkləyir”, - nazir qeyd edib.
OXŞAR XƏBƏRLƏR