İran səfirinə Azərbaycanla bağlı tapşırıq verildi - RƏSMİ

İran səfirinə Azərbaycanla bağlı tapşırıq verildi - RƏSMİ
SOSİAL
23:34 24.07.2022
443
İran İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian ilə görüşüb.

Bu barədə İran Xarici İşlər Nazirliyi xəbər verib.

Səfir nazirə rəsmi Tehran və Bakı arasında ikitərəfli əlaqələrin inkişafı haqqında hesabat verib.

Görüşdə Hüseyn Əmirabdullahian qonşu ölkələr, xüsusilə də müsəlman xalqlarla əlaqələrin əhəmiyyətinə işarə edərək, İranın Azərbaycan Respublikası ilə bütün sahələrdə əlaqələri genişləndirmək əzmində olduğunu vurğulayıb.
OXŞAR XƏBƏRLƏR