İran səfirliyinin “persona-non-qrata” elan edilən əməkdaşları Azərbaycanı tərk etdi - FOTOLAR

İran səfirliyinin “persona-non-qrata” elan edilən əməkdaşları Azərbaycanı tərk etdi - FOTOLAR
Siyasət
16:15 07.04.2023
483
Azərbaycan hökuməti tərəfindən "persona-non-qrata” (arzuolunmaz şəxs) elan olunan İran səfirliyinin əməkdaşları Azərbaycanı tərk edib.

Diplomatlar Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsindən keçərək İrana daxil olublar.

Bununla da İranın Azərbaycandakı səfirliyinin əməkdaşları - Mirmahdi Mirsalampur Şərif, Qurbanəli Purmərcan Varcovi, Hadı Moğadam və Əsgər Bahari Xoş Mənzərin Azərbaycandan çıxarılması işləri başa çatıb.

Qeyd edək ki, aprelin 6-da İranın Azərbaycandakı səfirliyinin 4 əməkdaşı "persona- non-qrata" elan olunub. Onların ölkəni tərk etməsi üçün 48 saat vaxt verilib.
  

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR