İranın Türkiyə ilə sərhədində zəlzələ olub.
AZXEBER.COM Ölkə.Az istinadən xəbər verir ki, yeraltı təkanlar 4.7 bal gücündə hiss edilib. Zəlzələ Türkiyənin Hakkari vilayətinin Yüksekova və Şemdinli rayonlarında da hiss edilib.
Zəlzələ 1.48 km dərinlikdə qeydə alınıb. Esendere kəndinin sakinləri təşviş içində evlərini tərk ediblər. İlkin məlumatlara görə tələfat və dağıntı yoxdur.