İran: Silahlı qüvvələr hər cür hücuma qarşı hazırdır

İran: Silahlı qüvvələr hər cür hücuma qarşı hazırdır
DÜNYA
16:56 13.10.2025
114
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bekayi Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, ölkənin silahlı qüvvələri suverenliyi qorumaq üçün tam hazır vəziyyətdədir.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Bekayi iyun ayında İsrail və ABŞ-ın hücumlarına qarşı özünümüdafiə tədbirləri gördüklərini qeyd edib və İranın hərbi imkanlarını gücləndirməyə davam edəcəyini vurğulayıb.

İsrailin İranla yeni münaqişə istəmədiyi barədə yayılan xəbərlərə münasibətdə Bekayi deyib ki, "dost ölkələrin fikirləri dinlənilir, lakin sionist rejimin davranışları diqqətlə izlənir”.

Şarm əş-Şeyxdə keçiriləcək Qəzza sammitinə dəvətdən imtina məsələsinə toxunan sözçü, Misirdən gələn dəvətin qiymətləndirildiyini və dövlət maraqlarına uyğun qərar verildiyini bildirib.

Əfqanıstan və Pakistan arasında gərginliklə bağlı Bekayi hər iki tərəfi dialoqa çağırdıqlarını qeyd edib.

ABŞ-la nüvə danışıqları mövzusuna toxunan Bekayi, əvvəlki təcrübələrin "acı” olduğunu desə də, diplomatiya qapısının bağlanmadığını bildirib: "Əgər İranın maraqlarına uyğun olarsa, lazımi qərar veriləcək".
 
Gülay
OXŞAR XƏBƏRLƏR