İran strateji addım atır: Hörmüz boğazı ilə bağlı yeni təklif

İran strateji addım atır: Hörmüz boğazı ilə bağlı yeni təklif
SİYASƏT
17:42 02.04.2026
398
İran Hörmüz boğazından istifadə ilə bağlı Avropa, Asiya və Ərəb ölkələri ilə razılaşmalar bağlamağa hazır olduğunu açıqlayıb. Bu barədə İran hökumətinin İnformasiya Şurasının rəhbəri İlyas Həzrəti məlumat verib. O bildirib ki, İran Hörmüz boğazına tam nəzarət edir və bu marşrutdan istifadə etmək istəyən ölkələrlə razılaşma imzalamağa hazırdır.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan AZXEBER.COM-a açıqlamasında deyib ki, bəzi  region ölkələri Hörmüz boğazına artıq alternativ yollar axtarmağa başlayıb:

 


"ABŞ və İsrail demək olar ki, Hörmüz boğazından istifadə etmir, yaxud da tələbatlarının çox az bir qismini onun hesabın ödəyir. Bəzi region ölkələri artıq alternativ yollar axtarmağa başlayıb. Səudiyyə Ərəbistanı, İraq kimi ölkələr Hörmüz boğazından yan keçməklə artıq alternativ marşrutdan istifadə edir. Bununla belə, Çin, Hindistan, Vyetnma İranla gəmilərinin boğazdan təhlükəsiz keçməsi üçün danışıqlar aparır. Başqa tərəfdən Avropa ölkələri, xüsusilə Böyük Britaniya, Almaniya  boğazın blokadadan azad edilməsi əməliyyatlarına yardım etmək üçün ABŞ-nin təklfinə  "yox” demələri onların İranla bu istiqamətdə danışıqlara getməsi üçün üstünlük qazandırır”.

O vurğulayıb ki, İranla Avropa, Asiya ölkələr arasında müəyyən razılaşmaların əldə olunması münkündür:

"Tehran hakimiyyəti də bəyan edib ki, ABŞ və İsrailin  İrana qarşı hazırkı əməliyyatlarında iştirak etməyən, onları dətəkləməyənlərə Hörmüz boğazından istifadəyə  maneə yaradılmayacaq. Beləliklə, İran ilə Avropa, Asiya ölkələr arasında müəyyən razılaşmaların əldə olunması, bu razılaşmaların reallaşması ehtimalı mümkündür.  Bu proses həm də İran hakimiyyətinin xarici ticarət əlaqələrini, əməliyyatını gücləndirmək məqsədi də daşıyır. Eyni zamanda İran Hörmüz boğazını blokada altında saxladığından körfəz öllkələri neftin bu marşrtundan yan keçərək ixracına imkan verəcək boru kəmərlərinin tikintisi planını müzakirə edirlər”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR