İranın Təl-Əvivə raket hücumu nəticəsində 15 nəfər yaralanıb. Bu barədə "The Times of Israel” məlumat yayıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Atılan raketin hissələri Təl-Əvivə və ətraf şəhərlərin ərazisinə səpələnib. Qeyd edək ki, bu, İranın bu gün İsrailə endirdiyi sayca dördüncü raket zərbəsidir. /qafqazinfo