İran "Telegram"ın fəaliyyətinin bərpası üzrə danışıqlara başlayıb

İran "Telegram"ın fəaliyyətinin bərpası üzrə danışıqlara başlayıb
DÜNYA
23:31 30.10.2025
141
İran hökuməti "Telegram" ilə onun fəaliyyətinin bərpası üzrə danışıqlara başlayıb.

Bu barədə "Mehr" agentliyi məlumat yayıb.

"Ölkənin Rabitə Nazirliyi "Telegram" və bir neçə platforma ilə onların ölkədə fəaliyyətlərinin bərpası ətrafında danışıqlara başlayıb. Ali Şuranın virtual məkanla bağlı qətnaməsinin bütün şərtləri yerinə yetirilərsə, ölkədə messencerə qoyulan bütün məhdudiyyətlər aradan qaldırılacaq", - agentlikdən bildirilib.
 
/report
OXŞAR XƏBƏRLƏR